“Mançester Yunayted” və “Tottenhem” xorvat hücumçunu transfer etmək istəyir

24 Sentyabr 2026 23:21
85
“Mançester Yunayted” və “Tottenhem” xorvat hücumçunu transfer etmək istəyir

“Mançester Yunayted” və “Tottenhem” futbol klubları “Frayburq” və Xorvatiya millisinin hücumçusu İqor Matanoviçə maraq göstərir.

İdman.Biz jurnalist Ben Ceykobsa istinadən xəbər verir ki, “Frayburq”un 23 yaşlı futbolçunu yanvar transfer pəncərəsində satmağa razılaşacağı ehtimalı azdır.

“Tottenhem” Matanoviçi Rişarlisonun əvəzedicisi kimi nəzərdən keçirir.

Matanoviç cari mövsümdə bütün turnirlərdə 7 oyunda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt”a görə, futbolçunun bazar dəyəri 22 milyon avrodur (44 milyon manat).

İdman.Biz