Son dəqiqə qolu “Fənər”i lider edib

Xəbərlər
24 Fevral 2024 22:23
329
Son dəqiqə qolu “Fənər”i lider edib

Bu gün Türkiyə Superliqası 27-ci turunun 4 oyunu keçirilib.

İdman.biz xəbər verir ki, “Fənərbaxça” öz meydanında çətin qələbə qazanıb.

İsmail Kartalın yetirmələri əsas vaxta əlavə olunmuş dəqiqələrdə həlledici qolu vurublar. Batşuayi penaltini dəqiq yerinə yetirə bilməsə də, təkrar zərbə ilə topu qapıdan keçirib – 2:1. Qazanılan 3 xal “Fənərbaxça”nı lider edib. 70 xal toplayan komanda ehtiyatda 1 oyunu olan “Qalatarasaray”ı 1 xal qabaqlayır.

Türkiyə Superliqası
27-ci tur

"Kayserispor" – "Ankaragücü" – 3:2
"Qaziantep" – "Başakşəhər" – 0:2
"Fənərbaxça" – "Kasımpaşa" – 2:1
"Konyaspor" – "Hatayspor" – 2:0

İdman.biz