ÇL: Milanda tək qol, Eyndhovendə heç-heçə - VİDEO

Xəbərlər
21 Fevral 2024 01:54
550
ÇL: Milanda tək qol, Eyndhovendə heç-heçə - VİDEO

Çempionlar Liqasının 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

İdman.biz xəbər verir ki, "İnter" öz meydanında "Atletiko"nu qəbul edib.

Cütün favoriti hesab olunan İtaliya klubu çətin qələbə qazanıb. Simeone İnzaginin yetirmələri matçın 79-da hesabı açıblar. İlk görüşün taleyini həll edən qolu Arnautoviç rəqib qapısından keçirib.

Dortmund "Borussiya"sı isə Eyndhovenə səfər edib. "Sarı qaralar"ın hollandiyalı futbolçusu Malen birinci hissədə həmyerlilərini məyus edib. Amma qonaq qələbə hesabını qoruya bilməyiblər. PSV penalti zərbəsi ilə bərabərlik topunu vurub.

Qeyd edək ki, bu gün "Portu" - "Arsenal", "Napoli" - "Barselona" qarşılaşmaları baş tutacaq.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar
20 fevral

00:00. “İnter” – “Atletiko” - 1:0
Qol: Arnautoviç, 79
00:00. PSV - "Borussiya D" - 1:1
Qollar: De Yonq, 56 (pen.) - Malen, 24

İdman.biz

Məqalədə: