Mourinyo jurnalistlər arasında “insayder müsabiqəsi” elan etdi - VİDEO

21 Avqust 2026 20:26
79
Mourinyo jurnalistlər arasında “insayder müsabiqəsi” elan etdi - VİDEO

İspaniyanın “Real” futbol komandasının baş məşqçi Joze Mourinyo ilk rəsmi oyun öncəsi keçirilən mətbuat konfransında jurnalistlərlə zarafatlaşıb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssisdən komandasının start heyəti barədə soruşulub.

“Futbolçular artıq bilirlər. Görək, aranızda kimin əlaqələri daha güclüdür”, - Mourinyo cavab verib.

Bu sözlərlə portuqaliyalı çalışdırıcı jurnalistlər arasında bir növ “insayder müsabiqəsi” elan edib və heyətlə bağlı məlumatın kim tərəfindən daha tez əldə olunacağını maraqla gözlədiyini göstərib.

Mourinyo karyerası boyunca mətbuat konfranslarında verdiyi qeyri-standart və ironik cavablarla da tanınıb.

İdman.Biz