Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes FIFA tərəfindən 10 oyunluq diskvalifikasiya olunub.
İdman.Biz xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Cəza 2026-cı il dünya çempionatının İspaniya və Argentina yığmaları arasında keçirilən finalından sonra baş verən kütləvi qarşıdurma ilə bağlıdır.
Paredes final fitindən sonra yaranan insidentin əsas iştirakçılarından biri olub. O, İspaniya millisinin futbolçuları ilə mübahisə zamanı Erik Qarsiyanı boğazından tutub, daha sonra isə Qavini yerə yıxıb. Hakim Slavko Vinçiç qarşılaşma başa çatdıqdan sonra argentinalı futbolçuya qırmızı vərəqə göstərib.
İspaniya yığması iyulun 19-da keçirilən finalda Argentinanı əlavə vaxtdan sonra 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Hadisədən sonra FIFA qarşıdurma ilə bağlı intizam araşdırmasına başlamışdı.
