İngiltərənin “Bernli” futbol klubunun hücumçusu Dastan Satpayev yeni komandasında ilk məşqini keçirib.
İdman.Biz xəbər verir ki, “Bernli”nin mətbuat xidməti bugünkü məşqdən fotolar yayımlayıb. Kadrlarda 18 yaşlı qazaxıstanlı hücumçunun əsas komandanın futbolçuları ilə birlikdə çalışdığı görünür.
Satpayev İngiltərə Çempionşipinin ilk turunda “Vest Hem”lə keçirilən və 2:2 hesabı ilə başa çatan qarşılaşmanın iştirak ərizəsinə daxil edilməmişdi. Yerli medianın məlumatına görə, bu qərar idman səbəbləri ilə bağlı olmayıb. Futbolçu İngiltərədə işləmək və rəsmi oyunlarda iştirak etmək üçün tələb olunan sənədlərin rəsmiləşdirilməsini tamamlayırdı.
“Bernli” növbəti matçını avqustun 23-də səfərdə “Vest Bromviç”ə qarşı keçirəcək. Satpayevin yeni klubunda rəsmi debütü məhz bu görüşdə baş tuta bilər.
Qeyd edək ki, Dastan Satpayev sürəti, driblinqi, bir neçə hücum mövqeyində oynamaq bacarığı və yaşına görə yüksək qol məhsuldarlığı ilə seçilir. Məhz bu keyfiyyətlərinə görə “Çelsi”nin diqqətini cəlb edən qazaxıstanlı futbolçu Avropanın perspektivli gənc hücumçularından biri hesab olunur.
