“Arsenal” Xulian Alvares üçün hərəkətə keçdi

21 Avqust 2026 21:13
98
“Arsenal” Xulian Alvares üçün hərəkətə keçdi

İngiltərənin “Arsenal” futbol klubu İspaniyanın “Atletiko” komandasının hücumçusu Xulian Alvares üçün hərəkətə keçib.

İdman.Biz xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, London klubu argentinalı futbolçunun mümkün transferini müzakirə etmək üçün “Atletiko” rəhbərliyi ilə görüşüb.

Lakin Alvares hazırda İngiltərəyə qayıtmağa həvəsli deyil. 26 yaşlı hücumçunun əsas istəyi karyerasını “Barselona”da davam etdirməkdir. Kataloniya klubunun da onun transferi ilə bağlı “Atletiko” ilə danışıqları bir müddətdir davam edir.

Bununla belə, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone avqustun 18-də Alvaresin komandada qalacağını açıq şəkildə bildirib.

İdman.Biz