Konsa “Arsenal”a keçidində komanda yoldaşlarının rolundan danışdı

21 Avqust 2026 21:55
92
Konsa “Arsenal”a keçidində komanda yoldaşlarının rolundan danışdı

İngiltərənin “Arsenal” futbol klubunun yeni transferi Ezri Konsa komandaya keçidində İngiltərə millisindəki komanda yoldaşlarının da təsirinin olduğunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, müdafiəçi klubun rəsmi saytına açıqlamasında yay ərzində milli komandanın düşərgəsində Noni Madueke, Ebereçi Eze, Deklan Rays və Bukayo Saka ilə çox vaxt keçirdiyini bildirib.

“Onlar burada hər şeyin çox xoş olduğunu və mənim də bundan zövq alacağımı dedilər. Onlarla yaxşı münasibətim var. Birlikdə məşq etməyi və oynamağı səbirsizliklə gözləyirəm”, - Konsa söyləyib.

Müdafiəçi “Arsenal” futbolçuları arasındakı münasibətə də diqqət çəkib:

“Onların arasında gözəl anlaşma var. Hamısı bir-biri üçün müdafiə etmək istəyir. Müdafiə olunmağı sevirlər, topun qapıya daxil olmasının qarşısını almaqdan zövq alırlar. Müdafiəçi kimi etməli olduğunuz da məhz budur. Son bir neçə ildə qurduqları birlik xüsusi bir şeydir”.

Qeyd edək ki, Konsa “Aston Villa”dan “Arsenal”a transfer olunub. Müxtəlif mənbələr keçidin bonuslarla birlikdə təxminən 55 milyon funt sterlinqə (106 milyon AZN) başa gəldiyini bildirir.

İdman.Biz