Qavi evsizlər üçün sığınacaq tikintisinə 1,3 milyon avro ayıracaq

21 Avqust 2026 21:23
96
Qavi evsizlər üçün sığınacaq tikintisinə 1,3 milyon avro ayıracaq

İspaniyanın “Barselona” futbol klubunun yarımmüdafiəçisi Qavi evsiz insanlar üçün sığınacaq tikintisinə 1,3 milyon avro (2.5 milyon AZN) xərcləyəcək.

İdman.Biz xəbər verir ki, “La Razón”un məlumatına görə, layihə futbolçunun doğulub boya-başa çatdığı Los-Palasiosda həyata keçiriləcək.

Kompleks 150 mənzildən ibarət olacaq və ümumilikdə 300 nəfərin yerləşdirilməsi üçün nəzərdə tutulacaq.

Sığınacağın Qavinin uşaqlığını keçirdiyi və “Barselona”nın “La Masia” akademiyasına yollanana qədər yaşadığı ərazidə inşa edilməsi planlaşdırılır.

Qeyd edək ki, 22 yaşlı futbolçu Los-Palasios-i-Vilyafrankada anadan olub. O, “Barselona”nın əsas komandasında çıxış etməklə yanaşı, İspaniya millisinin də üzvüdür.

İdman.Biz