ÇL: PSJ-dən asan qələbə, "Bavariya"nın seriyasına son - VİDEO

Xəbərlər
15 Fevral 2024 01:52
300
ÇL: PSJ-dən asan qələbə, "Bavariya"nın seriyasına son - VİDEO

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçları keçirilib.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində iki görüş baş tutub.

Bugünkü qarşılaşmalarda “Böyük beşlik” təmsilçiləri üz-üzə gəliblər. İtaliyada “Latsio” “Bavariya”nı qəbul edib. Romalılar Münhen klubunun İtaliya təmsilçilərinə qarşı uğurlu seriyasına son qoyublar. Sonuncu dəfə 2010/2011 mövsümündə "İnter"ə uduzan "Bavariya" bundan sonra italiyalılara qarşı keçiridiyi 12 oyunda 10 qələbə qazanıb, 2 dəfə heç-heçə oynayıb. İmmobilenin 69-cu dəqiqədə penaltidən vurduğu qol ilk oyunun qalibini müəyyənləşdirib.

Fransada keçirilən digər matçda gözlənildiyi kimi PSJ qələbə qazanıb. Parislilər “Real Sosyedad”ın qapısına 2 cavabsız top vurublar.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar
14 fevral

00:00. “Latsio” – “Bavariya” - 1:0
Qol: İmmobile, 69 (pen.)

00:00. PSJ – “Real Sosyedad” - 2:0

Qollar: Mbappe, 58. Barkola, 71

İdman.biz