“Yuventus” müdafiəçisi ilə müqaviləni uzatmayacaq

Xəbərlər
13 Fevral 2024 11:29
324
“Yuventus” müdafiəçisi ilə müqaviləni uzatmayacaq

“Yuventus”un futbolçusu Aleks Sandronun taleyinə aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, braziliyalı müdafiəçi mövsümün sonunda İtaliya klubundan ayrılacaq.

Turin təmsilçisi Aleks ilə müqaviləni uzatmamağa qərar verib. 33 yaşlı müdafiəçi yayda Braziliyaya qayıtmağı planlaşdırır. Onun xidmətində bir neçə klub maraqlıdır.

Qeyd edək ki, Sandro 2015-ci ildən “Yuventus”un formasını geyinir.

İdman.biz

Məqalədə: