Tuhel niderlandlı müdafiəçiyə güvənmir

Xəbərlər
11 Fevral 2024 17:36
121
Tuhel niderlandlı müdafiəçiyə güvənmir

Niderlandlı müdafiəçi Matteys De Liqt “Bavariya”nı tərk etməyi düşünür.

İdman.biz xəbər verir ki, 24 yaşlı futbolçu komandadakı mövqeyindən narazıdır.

Münhen klubunun baş məşqçisi Tomas Tuhel “Barselona”dan Ronald Arauxonun transferində maraqlıdır. Bu variant De Liqtin əsas heyətdə yerini itirməsinə səbəb ola bilər. Dünən Leverkuzendə “Bayer”ə qarşı şans qazanmayan niderlandlı futbolçunun Tuhelin planlarına daxil olmadığı bir daha sübuta yetirilib.

Qeyd edək ki, Matteysin “Bavariya” ilə 2027-cu ilin yayına kimi müqaviləsi var. Onun transfer qiyməti 65 milyon avro dəyərləndirilir.

İdman.biz

Məqalədə: