Tedesko hakimə hörmətsizliyinin cəzasını aldı

9 Sentyabr 2026 00:01
82
Tedesko hakimə hörmətsizliyinin cəzasını aldı

“Bolonya”nın baş məşqçisi Domeniko Tedesko hakimə qarşı davranışına görə A Seriyasında iki oyunluq diskvalifikasiya edilib.

İdman.Biz xəbər verir ki, İtaliya A Seriyasının İntizam Komitəsinin qərarına əsasən, Tedesko meydandan qovulduqdan sonra baş hakimə kobud və hörmətsiz ifadələrlə müraciət edib. O, qarşılaşmadan sonra da soyunub-geyinmə otağında hakimə qarşı eyni davranışı nümayiş etdirib.

İki oyunluq diskvalifikasiya ilə yanaşı, 40 yaşlı mütəxəssis 5 min avro məbləğində cərimələnib.

Mütəxəssis çempionatın üçüncü turunda “Sassuolo” ilə keçirilən və 2:2 hesabı ilə başa çatan oyunun 90+4-cü dəqiqəsində qırmızı vərəqə alıb.

Tedesko cəza səbəbindən sentyabrın 13-də səfərdə “Napoli”yə və sentyabrın 19-da evdə “Torino”ya qarşı keçiriləcək matçlarda komandasına rəhbərlik edə bilməyəcək.

İdman.Biz