Yamal mükafatı özünə yox, Kubarsiyə layiq gördü

8 Sentyabr 2026 23:19
78
Yamal mükafatı özünə yox, Kubarsiyə layiq gördü

“Barselona”nın hücumçusu Lamin Yamal özü və klub yoldaşı Pau Kubarsinin “France Football” versiyası üzrə mövsümün ən yaxşı gənc futbolçusu mükafatına namizədlər siyahısına düşməsinə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Yamal sosial şəbəkə hesabında 19 yaşlı müdafiəçi ilə birgə fotosunu paylaşaraq “Pau Kubarsi yeganə qalibdir” yazıb.

Qeyd edək ki, ötən mövsüm Yamal və Kubarsi “Barselona”nın heyətində İspaniya çempionu olublar. Onlar həmçinin milli komandanın heyətində dünya çempionatının qalibi olublar.

Yamal ötən mövsüm klub səviyyəsində bütün turnirlərdə 45 oyunda 24 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Kubarsi isə 48 qarşılaşmada meydana çıxaraq 1 qol vurub.

İdman.Biz