“Arsenal”ın yarımmüdafiəçisi Martin Edeqor İngiltərə Premyer Liqasının 2026/27 mövsümünün üçüncü turunun ən yaxşı futbolçusu seçilib.
İdman.Biz xəbər verir ki, norveçli futbolçu üçüncü turda “Çelsi” ilə matçda (2:1) komandasına qələbə qazandıran qolu vurub. Edeqor azarkeşlərin səsverməsində 31 faiz səs toplayıb.
“Liverpul”un hücumçusu Aleksandr İsak 30 faiz səslə ikinci olub. Digər namizədlər isə Canluici Donnarumma (“Mançester Siti”), Kodi Qakpo (“Liverpul”), Tayrik Corc (“Everton”) və Tayrik Mitçell (“Kristal Pelas”) olublar.
Qeyd edək ki, üçüncü turdan sonra 9 xalla “Mançester Siti” turnir cədvəlinə başçılıq edir. Eyni xala malik “Arsenal” ikinci, 7 xal toplayan “Hall Siti” isə üçüncü pillədə qərarlaşıb.
