Mourinyo “Real Madrid”də yeni mərhələyə başladı: 29 gündə doqquz oyun

21 Noyabr 2026 23:08
30
Mourinyo “Real Madrid”də yeni mərhələyə başladı: 29 gündə doqquz oyun

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo mövsümün ən gərgin dövrlərindən biri ərəfəsində komandanın inkişaf planının üçüncü mərhələsinə başlayıb.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Milad bayramına qədər komandanın oyun keyfiyyətini yüksəltməyi, Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqəni təmin etməyi və mümkün olarsa, La Liqada liderliyi ələ keçirməyi hədəfləyir.

İyulda Madrid klubunun baş məşqçisi təyin olunan Mourinyo işini üç mərhələyə bölüb. İlk mərhələdə futbolçuları və onların imkanlarını yaxından tanımağa çalışıb. İkinci mərhələdə isə əsas diqqət taktiki və fiziki hazırlığın yaxşılaşdırılmasına yönəldilib.

Bu müddətdə Arda Gülər və Bernardo Silvanın meydandakı əməkdaşlığı komandanın oyununda əsas yeniliklərdən birinə çevrilib.

İndi “Real Madrid”i 29 gün ərzində doqquz qarşılaşma gözləyir. Xüsusilə bir həftə ərzində “Real Sosyedad”, “Atletik” və “Arsenal”la səfər oyunları Madrid təmsilçisi üçün ciddi sınaq olacaq.

Komandanın heyətində müsbət yeniliklər də var. Orelyen Tçuameni və Bernardo Silva problemlərini aradan qaldırıblar və “Selta” ilə oyunda iştirak edə bilərlər. Eder Militaonun fiziki vəziyyəti yaxşılaşıb, Vinisius Junior isə milli komandadan yaxşı formada qayıdıb.

Mourinyo uğurlu komanda qurmağın zaman tələb etdiyini vurğulayır. Portuqaliyalı mütəxəssis qəfil dönüş nöqtələrinə deyil, mərhələli inkişafa və müəyyənləşdirilən plana sadiq qalmağa üstünlük verir.

İdman.Biz