PSJ-nin futbolçusu qol vurdu, sonra xərəkdə meydandan çıxarıldı

21 Noyabr 2026 21:45
46
PSJ-nin futbolçusu qol vurdu, sonra xərəkdə meydandan çıxarıldı

PSJ-nin hücumçusu Dəzirə Due Fransa Liqa 1-in 11-ci turunda “Nitsa” ilə səfər oyununda ciddi görünən zədə alıb.

İdman.Biz xəbər verir ki, fransalı futbolçu qarşılaşmanın 38-ci dəqiqəsində meydanın mərkəzində topla dönmək istəyərkən qəfil yerə yıxılıb və dizini tutub.

Tibbi heyət uzun müddət futbolçuya yardım göstərib. Nəticədə Due xərək vasitəsilə meydandan çıxarılıb və 44-cü dəqiqədə əvəzlənib.

Maraqlıdır ki, 21 yaşlı hücumçu zədələnməzdən cəmi altı dəqiqə əvvəl - 32-ci dəqiqədə fərqlənərək PSJ-ni hesabda önə çıxarıb.

Qarşılaşmada hesabı səkkizinci dəqiqədə “Nitsa”nın futbolçusu Amura açıb. Parislilər 31-ci dəqiqədə Mayulunun qolu ilə tarazlığı bərpa ediblər, bir dəqiqə sonra isə Due komandasını önə keçirib.

Oyun davam edir.

İdman.Biz