Dortmund “Borussiya”sı liderliyini qorudu, “RB Leypsiq”dən beş qolluq qələbə - VİDEO

21 Noyabr 2026 20:29
60
Dortmund “Borussiya”sı liderliyini qorudu, “RB Leypsiq”dən beş qolluq qələbə

Almaniya Bundesliqasının 10-cu turunda Dortmund “Borussiya”sı səfərdə Mönhenqladbax “Borussiya”sını 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, “Borussiya Park” stadionunda keçirilən qarşılaşmanın taleyini 80-ci dəqiqədə Feliks Nmeçanın vurduğu yeganə qol həll edib.

Bu qələbə sayəsində Dortmund təmsilçisi xallarını 24-ə çatdıraraq turnir cədvəlində liderliyini qoruyub.

Turun digər qarşılaşmalarında “RB Leypsiq” səfərdə “Union Berlin”i 5:1 hesabı ilə darmadağın edib. “Bayer Leverkuzen” isə doğma meydanda “Paderborn” üzərində 4:0 hesablı qələbə qazanıb.

“Frayburq” səfərdə “Elversberq”i 1:0 hesabı ilə üstələyib. “Ayntraxt Frankfurt” da eyni hesabla “Hoffenhaym”a qalib gəlib.

İdman.Biz