İngiltərə Premyer Liqasının 11-ci turunda “Mançester Siti” doğma meydanda “Fulhem”lə heç-heçə edib - 1:1.
İdman.Biz xəbər verir ki, “Etihad” stadionunda keçirilən qarşılaşmada hesabı 16-cı dəqiqədə qonaqların hücumçusu Rodriqo Munis açıb.
Meydan sahibləri 57-ci dəqiqədə Elliot Andersonun qolu ilə tarazlığı bərpa ediblər.
Qalan dəqiqələrdə komandaların səylərinə baxmayaraq, hesab dəyişməyib.
Beləliklə, “Mançester Siti” 15 ildən sonra ilk dəfə Premyer Liqada “Fulhem”lə oyunda xal itirib. Mançester təmsilçisi bu rəqiblə çempionatda əvvəlki 17 qarşılaşmanın hamısında qalib gəlmişdi.
Bu nəticədən sonra 22 xalla Mançester təmsilçisi turnir cədvəlində üçüncü, "Fulhem" isə 11 xalla 14-cüdür.
