Rafael Nadal “Real Madrid”in İdarə Heyətinə üzv seçildi

21 Noyabr 2026 16:59
41
Rafael Nadal “Real Madrid”in İdarə Heyətinə üzv seçildi

İspaniyanın əfsanəvi tennisçisi Rafael Nadal “Real Madrid”in İdarə Heyətinin yeni üzvü olub.

İdman.Biz xəbər verir ki, klubun səlahiyyətli üzvlərinin noyabrın 21-də keçirilən ümumi yığıncağında Nadalın İdarə Heyətinə daxil edilməsi yekdilliklə təsdiqlənib.

Klub prezidenti Florentino Peres yığıncağın əvvəlində iştirakçılara müraciət edərək Nadalın İdarə Heyətində yer alması ilə bağlı təklif irəli sürüb. O, səsverməni gözləmədən sabiq tennisçini İdarə Heyətinin əyləşdiyi masaya dəvət etmək üçün üzvlərdən icazə istəyib.

“Onun kimi idman və insani keyfiyyətlərə malik bir şəxsin bizimlə olması hamımız üçün qürurvericidir”, – deyə Peres bildirib.

Zalda alqışlarla qarşılanan Nadal prezidentin sağ tərəfində əyləşib. Bu yer ənənəvi olaraq vitse-prezident üçün nəzərdə tutulur.

Qeyd edək ki, “Real Madrid” noyabrın 4-də Nadalın İdarə Heyətinə üzv seçilməsi təklifini irəli sürmüşdü. 22 “Böyük dəbilqə” turnirinin qalibi olan ispaniyalı tennisçi 2024-cü ilin noyabrında peşəkar karyerasını başa vurub. O, həmçinin klubun fəxri üzvüdür.

İdman.Biz