A Seriyası: “Roma” və “İnter” möhtəşəm geridönüş etdi - YENİLƏNİB + VİDEO

6 Sentyabr 2026 00:54
1 217
A Seriyası: “Roma” və “İnter” möhtəşəm geridönüş etdi

İtaliya A Seriyasının üçüncü turunda "Roma" və "İnter" matçın son dəqiqələrində möhtəşəm geridönüş edərək əzmkar qələbələrə imza atıblar. Paytaxt təmsilçisi öz meydanında "Atalanta"nı 2:1 hesabı ilə üstələyib. Milan klubu isə doğma azarkeşləri önündə "Napoli"ni 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.

İdman.Biz xəbər verir ki, Romada keçirilən qarşılaşmada qonaqlar uzun müddət hesabda öndə olublar. Ederson 47-ci dəqiqədə “Atalanta”nı önə keçirib.

Lakin “Roma” son dəqiqələrdə geridönüş edib. 90-cı dəqiqədə Mario Hermoso hesabı bərabərləşdirib. 93-cü dəqiqədə isə əvəzedici Matias Soule meydan sahiblərinə qələbə qazandıran qolu vurub.

Bu qələbə sayəsində xallarını 9-a çatdıran “Roma” turnir cədvəlinin liderləri arasında qalıb. 6 xalı olan “Atalanta” isə yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Atalanta” sentyabrın 12-də “Kalyari”ni qəbul edəcək. “Roma” isə sentyabrın 14-də səfərdə “Torino” ilə qarşılaşacaq.

22:20

İtaliya A Seriyasının üçüncü turunun matçında “İnter” doğma meyda “Napoli”ni 3:2 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Neapol təmsilçisi Mateo Politanonun (50-ci dəqiqə) və Rasmus Heylundun (53-cü dəqiqə) qolları sayəsində 2:0 hesabda irəlidə olsa da, məğlub olub.

Meydan sahiblərininheyətində Lautaro Martines 56-cı dəqiqədə fərqi azaldıb, Markus Türam 82-ci dəqiqədə hesabı bərabərləşdirib, 90+1-ci dəqiqədə isə Martines dubla imza ataraq komandasına qələbə qazandırıb.

“İnter” 3 matçda topladığı 9 xalla turnir cədvəlinə liderlik edir. “Napoli” 3 xalla 13-cü pillədə qərarlaşıb.

Növbəti turda “İnter” öz meydanında “Udineze”ni qəbul edəcək, “Napoli” isə evdə “Bolonya” ilə oynayacaq.

19:56

"Fiorentina" evdə A Seriyasının üçüncü turunun matçında "Torino"ya 1:2 hesabı ilə uduzub.

İdman.Biz xəbər verir ki, meydan sahiblərinin hücumçusu Mateo Pelleqrino görüşün 47-ci dəqiqəsində hesabı açıb. Qonaqların yarımmüdafiəçisi Rolando Mandraqora 73-cü dəqiqədə fərqlənib, turinlilərin hücumçusu Çe Adams isə 82-ci dəqiqədə qol vurub.

"Fiorentina" ardıcıl üçüncü oyunda məğlub olur və turnir cədvəlində sonuncu, 20-ci yeri tutur. "Torino" mövsümdə ilk qələbəsini qazanıb və 3 xalla 14-cü pilləyə yüksəlib.

Növbəti turda "Fiorentina" səfərdə "Venesiya" ilə oynayacaq, "Torino" isə öz meydanında "Roma"nı qəbul edəcək.

İdman.Biz