“Barselona”nın hücumçusu Lamin Yamal “Qızıl top” mükafatının təqdimetmə mərasiminə komanda ilə birlikdə getməyəcək.
İdman.Biz Sport.es nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu Londona uçmaq üçün şəxsi təyyarə kirayələyib. O, oktyabrın 26-da keçiriləcək mərasimə ailə üzvləri və yaxınları ilə birlikdə qatılacaq.
Yamal ötən mövsüm də mükafatlandırma mərasiminə ayrıca getmişdi. Həmin vaxt Parisdə təşkil olunan tədbirdə onu qohumları və dostlarından ibarət təxminən 25 nəfərlik qrup müşayiət etmişdi.
Qeyd edək ki, Lamin Yamal cari mövsüm “Barselona”nın heyətində bütün turnirlər üzrə 12 oyunda iştirak edib, 10 qol vurub və 10 məhsuldar ötürmə verib. Transfermarkt onun transfer dəyərini 220 milyon avro (təxminən 437 milyon manat) qiymətləndirir.
