Kanselu tənqidçilərə sərt cavab verdi: “Tribunada hamı ekspertdir”

23 Oktyabr 2026 05:17
108
Kanselu tənqidçilərə sərt cavab verdi: “Tribunada hamı ekspertdir”

“Barselona”nın futbolçusu Joau Kanselu Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda PSJ-yə 2:4 hesablı məğlubiyyətdən sonra komandasını tənqid edənlərə cavab verib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək tənqidçilərin meydandakı təzyiqi nəzərə almadıqlarına işarə vurub.

“Tribunada hamı ekspertdir. Görmək istərdim ki, onlar meydana çıxıb bu təzyiqə necə tab gətirərdilər”, - deyə Kanselu yazıb.

Qeyd edək ki, Parisdəki “Park de Prens” stadionunda keçirilən qarşılaşmadan sonra “Barselona” üç oyunda topladığı altı xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. PSJ isə doqquz xalla liderdir.

İdman.Biz