Messi İspaniya klubunu almağa hazırlaşır

8 Sentyabr 2026 23:50
92
Messi İspaniya klubunu almağa hazırlaşır

“İnter Mayami”nin hücumçusu Lionel Messi İspaniya İkinci Divizionunda çıxış edən “Eldense” klubunu almaq üçün prinsipial razılığa gəlib.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, argentinalı futbolçu Alikante təmsilçisinin ən böyük səhmdarı olmaq üçün klubun hazırkı sahibləri ilə razılıq əldə edib.

Razılaşmanın yekun hüquqi detallar razılaşdırıldıqdan sonra yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir.

Qeyd edək ki, “Eldense” bir müddət əvvəl iş adamı Xuan Karlos Truxilyonun rəhbərlik etdiyi Kolumbiyadan olan beynəlxalq investisiya qrupu tərəfindən satın alınıb. Truxilyo isə klubu 2025-ci ilin oktyabrında Paskual Peresdən alıb.

İdman.Biz