Simeone Alvaresdən danışdı

8 Sentyabr 2026 22:44
74
Simeone Alvaresdən danışdı

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda sentyabrın 9-da “Liverpul”la keçiriləcək oyun öncəsi hücumçuların vəziyyətindən danışıb.

İdman.Biz xəbər verir ki, Enfild stadionunda baş tutacaq qarşılaşma ilə bağlı Simeone Conatan Devid və Xulian Alvaresin durumuna toxunub.

“Conatan Devid bu yaxınlarda komandaya qoşulub və bəzi problemlər səbəbindən son matçda iştirak edə bilmədi. Xulian Alvares forma yığır. Mən onu start heyətində görmürəm, amma oyun zamanı bizə kömək edəcək.

Serlot nə vaxt qayıdacaq? O, bərpa olunur. Onun oynamağa imkan verməyən zədəsi var. O, istər 90, istər 60, istərsə də 20 dəqiqə oynasın, bizim üçün vacibdir. Serlot komandada hazırda olmayan keyfiyyətləri bizə verir”, – deyə Simeone AS nəşrinə açıqlamasında bildirib.

Qeyd edək ki, yay transfer pəncərəsində Xulian Alvaresin “Barselona”ya keçidi gündəmdə olsa da, “Atletiko” argentinalı hücumçunun transferinə qarşı çıxaraq onu satmayıb.

İdman.Biz