İspaniya mətbuatı: Laporta Kloppla görüşəcək

Xəbərlər
6 Fevral 2024 23:04
147
İspaniya mətbuatı: Laporta Kloppla görüşəcək

“Barselona” prezidenti Joan Laporta yaxın günlərdə Yurgen Kloppla görüşəcək.

İdman.biz xəbər verir ki, bu barədə İspaniya mətbuatında məlumat yayılıb.

Az əvvəl almaniyalı mütəxəssis mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb. O, növbəti mövsümdə istirahət etdiyini açıqlasa da, “Barselona” Kloppla görüşmək niyyətindədir. Laporta təcrübəli mütəxəssis sərfəli təkliflərlə yola gətirməyə çalışacaq.

Qeyd edək, “Barselona” mövsümün sonunda baş məşqçi Xavi ilə yollarını ayıracaq. Artıq tərəflər bu barədə razılıq əldə ediblər.

İdman.biz