Madrid “Real”ının hücumçusu Kilian Mbappe “Kral klubu”na hansı futbolçuları transfer edəcəyi ilə bağlı sualı cavablandırıb.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, Mbappe Kriştiano Ronaldu, Zinəddin Zidan və Ronaldo Nazarionu komandaya qaytarmaq istədiyini bildirib.
“Kriştiano, Zidan və ya Ronaldo, əgər onlar qayıda bilsəydilər... Kriştiano qayıda bilərdi. Zizu hələ də arabir oynayır. Ronaldo isə... klass heç vaxt ölmür. Onlar “Real”ın əfsanələridir. Onlar çox şey bəxş ediblər və hələ də madridli azarkeşlərin böyük hörmətini qazanırlar”, - deyə Mbappe vurğulayıb.
Cari mövsümdə Mbappe bütün turnirlərdə 7 oyunda iştirak edib. O, bu matçlarda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Futbolçunun “Real”la mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt”ın məlumatına görə, Mbappenin bazar dəyəri 200 milyon avrodur (400 milyon manat.
