“Real Madrid”in braziliyalı ulduzu şəxsi həyatında da problemlər yaşayır

2 Noyabr 2026 14:59
87
“Real Madrid”in braziliyalı ulduzu şəxsi həyatında da problemlər yaşayır

“Real Madrid”in və Braziliya millisinin hücumçusu Vinisius Junior karyerasında və şəxsi həyatında problemlərlə üzləşib.

İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu La Liqada dörd oyunluq diskvalifikasiya alıb. Bundan başqa, yeni transfer Yan Diomandenin uğurlu çıxışı səbəbindən əsas heyətdəki yerini itirmək təhlükəsi ilə üzləşib.

Vinisiusun şəxsi həyatında da dəyişikliklər baş verib. O, bir müddət əvvəl braziliyalı aktrisa və model Virciniya Fonseka ilə münasibətlərini bitirib. Hətta “Şaxtyor”un hücumçusu Kauan Eliasın da sosial şəbəkələrdə Fonseka ilə maraqlandığı bildirilir.

Braziliyalı futbolçu yeni münasibət qurmağa da cəhd edib. Xarici mətbuatın məlumatına görə, Vinisius “Real Madrid”in son oyununa ABŞ-li aktrisa Seydi Sinkı dəvət edib. Lakin aktrisa “Santyaqo Bernabeu” stadionundakı VIP-lojada yer təklif olunmasına baxmayaraq, dəvəti qəbul etməyib.

İdman.Biz