Ronaldu Özbəkistana aparılmadı

2 Noyabr 2026 16:13
124
Ronaldu Özbəkistana aparılmadı

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu Asiya Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində bu gün Daşkənddə keçiriləcək “Paxtakor”la oyunda iştirak etməyəcək. O, “Əl-Nəsr”in səfər üçün açıqlanan heyətinə daxil edilməyib.

İdman.Biz xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi Ange Postekoğlu Ronaldunu sıx oyun qrafiki və səfərlərin çoxluğu səbəbindən dincəltmək qərarına gəlib. Müdafiəçi Məhəmməd Simakan və hücumçu Kinqsli Koman da komanda ilə Özbəkistana yollanmayıblar.

Onların əvəzinə 18 yaşlı hücumçu Əbdürrəhman Süfyani də daxil olmaqla bir neçə gənc futbolçu heyətə cəlb edilib.

Ronaldu ötən həftə Səudiyyə Ərəbistanı çempionatında het-trik edərək karyerası ərzində vurduğu qolların sayını 985-ə çatdırıb.

“Əl-Nəsr” turnirin Qərb regionunda iki oyundan sonra üç xalla doqquzuncu, “Paxtakor” isə üç matçdan iki xalla 12-ci yerdə qərarlaşıb. Daşkənddəki qarşılaşma bu gün, noyabrın 2-də Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.

İdman.Biz