“Mançester Siti” 17 yaşlı yetirməsinin dublu ilə “Norviç”i darmadağın edib - VİDEO

18 Sentyabr 2026 00:23
88
“Mançester Siti” 17 yaşlı yetirməsinin dublu ilə “Norviç”i darmadağın edib

İngiltərə Liqa Kubokunun 1/16 finalında “Mançester Siti” “Norviç”i qəbul edib.

İdman.Biz xəbər verir ki, “Etihad” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

“Mançester Siti”nin 17 yaşlı yetirməsi Floyd Samba 29-cu dəqiqədə hesabı açıb. Rayan Şerki 32-ci dəqiqədə fərqi iki topa çatdırıb. 48-ci dəqiqədə Allan fərqlənərək hesabı 3:0-a çatdırıb.

Samba 54-cü dəqiqədə dublunu rəsmiləşdirib. Rayan Makaydu isə 90-cı dəqiqədə matçın son nöqtəsini qoyub.

Beləliklə, “Mançester Siti” Liqa Kubokunun 1/8 finalına yüksəlib. “Norviç” isə turnirlə vidalaşıb.

Növbəti mərhələdə Entso Mareskanın komandası “Brayton”la qarşılaşacaq.

İdman.Biz