Xviçanın PSJ ilə müqaviləsi daha beş il uzadılır

18 Sentyabr 2026 00:40
88
Xviçanın PSJ ilə müqaviləsi daha beş il uzadılır

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya klubla müqaviləsinin müddətini 2031-ci ilə qədər uzatmaq üçün danışıqlar aparır.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Abdella Boulma “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Mənbənin məlumatına görə, hücumçu Usman Dembele də PSJ ilə müqaviləsini 2030-cu ilə qədər uzatmağa yaxındır.

Fransa klubu 21 yaşlı hücumçu Dezire Due ilə də danışıqlar aparıb. Lakin hazırda bu müzakirələr qeyri-rəsmi xarakter daşıyır.

Kvaratsxeliyanın hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır. Dembelenin PSJ ilə müqaviləsi 2028-ci ilin yayına qədər, Duenin müqaviləsi isə 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.

İdman.Biz