“Tottenhem” “İnter” və PSJ “Qalatasaray”ın sabiq futbolçusu Mauro İkardini transfer edə bilər.
İdman.Biz “Calcio Mercato”ya istinadən xəbər verir ki, “Tottenhem” 33 yaşlı forvardın transferi variantını nəzərdən keçirir.
Argentinalı hücumçu hazırda azad agent statusundadır.
Xatırladaq ki, “Tottenhem” İngiltərə Premyer Liqasının ilk dörd turunda qol vura bilməyib.
