Dani Alvesin məhkəməsi başlayıb - 9 il həbs cəzası və ... - VİDEO

Xəbərlər
5 Fevral 2024 14:49
2 276
Dani Alvesin məhkəməsi başlayıb - 9 il həbs cəzası və ... - VİDEO

İspaniyanın Barselona şəhərində Braziliyalı millinin sabiq futbolçusu Dani Alvesin məhkəməsi başlayıb.

İdman.biz xəbər verir ki, təcavüzdə günahlandırılan cinah müdafiəçisinin məhkəməsi 3 gün davam edəcək.

Prokurorluq Alvesə 9 il həbs cəzası və zərərçəkənə 150 min avro təzminat istəyib. Hadisənin 2022-ci ildə dekabr 30-da Barselonadakı gecə klubunda baş verdiyi güman edilir.

Qeyd edək ki, Alves artıq bir ilə yaxın həbsdədir.

İdman.biz

Məqalədə: