“Braqa” öz meydanında xal itirib - VİDEO

Xəbərlər
1 Fevral 2024 09:37
152
“Braqa” öz meydanında xal itirib - VİDEO

“Qarabağ”ın Avropa Liqasının pley-offundakı rəqibi “Braqa” növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, Artur Jorjenin yetirmələri Portuqaliya çempionatında “Şaveş”lə görüşüb.

Öz meydanında oynayan “Braqa” 52-ci dəqiqədə Rodriqo Zalazar-Martinesin qolu ilə hesabı açıb. Çempionatın autsayderi 12 dəqiqə sonra Steven Vitoriyanın fərqlənməsi ilə bərabərlik qoluna imza atıb.

Bu xal itkisindən sonra “Qarabağ”ın rəqibi 4-cü pillədə qərarlaşıb. “Braqa” 19 matçda 37 xal toplayıb.

Qeyd edək ki, “Qarabağ”la Portuqaliya klubu arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.

İdman.biz