Avstraliya millisinin futbolçusu bu səbəbdən cəzalandırıldı

9 Sentyabr 2026 21:43
84
Avstraliya millisinin futbolçusu bu səbəbdən cəzalandırıldı

Avstraliya millisinin və “Sassuolo” klubunun futbolçusu Kristian Volpato kokainlə bağlı ekspress-testdən sonra cərimələnib

İdman.Biz xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı futbolçuya 722 Avstraliya dolları (təxminən 885 manat) məbləğində cərimə kəsilib. Ona qarşı başqa heç bir sanksiya tətbiq olunmayacaq.

Volpato iyulun sonunda Sidney polisi tərəfindən bir gecədə iki dəfə saxlanılıb. İlk saxlanılma sürət həddini aşdığına görə baş verib. Alkoqol testi mənfi nəticə versə də, ikinci saxlanılma zamanı keçirilən narkotik ekspress-testi kokainə görə müsbət çıxıb.

Futbolçu Avstraliya Futbol Federasiyasının nümayəndələri ilə söhbətində günahsız olduğunu və heç vaxt şüurlu şəkildə bu maddədən istifadə etmədiyini bildirib.

“Sassuolo”dan isə bildirilib ki, Volpato İtaliyaya qayıtdıqdan sonra təkrar testdən keçib və nəticə mənfi olub.

İdman.Biz