A Seriyası: “Yuventus” son dəqiqələrdə “Milan”dan xal aldı - YENİLƏNİB + VİDEO

7 Sentyabr 2026 00:50
1 159
A Seriyası: “Yuventus” son dəqiqələrdə “Milan”dan xal aldı - YENİLƏNİB + VİDEO

İtaliya A Seriyasının üçüncü turunda “Yuventus” öz meydanında “Milan”la 1:1 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, “Allianz Stadium”da keçirilən qarşılaşmada hesab 69-cu dəqiqədə açılıb. “Milan”ın yarımmüdafiəçisi Alfadjo Sisse qonaqları önə keçirib.

“Yuventus” məğlubiyyətdən oyunun sonlarında xilas olub. Federiko Qatti 90+2-ci dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib - 1:1.

Bu nəticədən sonra hər iki komandanın yeddi xalı var. “Milan” turnir cədvəlində üçüncü, “Yuventus” isə dördüncü pillədə qərarlaşıb.

22:02

İtaliya A Seriyasının üçüncü turunda “Bolonya” öz meydanında “Sassuolo”nu qəbul edib.

İdman.Biz xəbər verir ki, görüş 2:2 hesabı ilə başa çatıb.

Qonaqlar 19-cu dəqiqədə Coş Doiqin qolu ilə hesabı açıblar. Ona Simone Çinkveqrano assist edib.

50-ci dəqiqədə Xuan Mirandanın ötürməsindən sonra Roberto Pikkoli hesabı bərabərləşdirib. Altı dəqiqə sonra Vasiliye Adjiç “Sassuolo”nu yenidən önə keçirib.

“Bolonya” məğlubiyyətdən oyunun sonlarında xilas olub. Artyom Dovbik fərqlənərək yekun hesabı müəyyənləşdirib - 2:2.

Bu nəticədən sonra “Sassuolo”nun dörd, “Bolonya”nın isə bir xalı var.

19:12

İtaliya A Seriyasının üçüncü turunda “Frozinone” və “Venesiya” qarşılaşıblar.

İdman.Biz xəbər verir ki, “Frozinone” doğma meydanda 3:2 hesablı qələbə qazanıb.

Hesab 21-ci dəqiqədə açılıb. Entoni Oyono-nun ötürməsindən sonra Antonio Raymondo fərqlənib. 39-cu dəqiqədə isə Raymondo Patrizio Mazininin assistindən sonra ikinci qolunu vuraraq dubl edib.

“Venesiya” ikinci hissədə oyuna qayıtmağı bacarıb. 66-cı dəqiqədə Con Yeboa, 74-cü dəqiqədə isə Riçi Saqrado hesabı bərabərləşdiriblər.

Lakin son sözü meydan sahibləri deyiblər. 83-cü dəqiqədə Georgi Kvernadze fərqlənərək “Frozinone”yə qələbə qazandırıb.

Bu nəticədən sonra “Frozinone” altı xal toplayıb. “Venesiya” isə A Seriyasında ardıcıl üçüncü məğlubiyyətini alıb.

Paralel keçən “Parma” - “Monza” görüşündə hesab 1:1 olub. Komandalar bu nəticəylə üç turdan sonra hərəsinə bir xal toplayıblar.

İdman.Biz