“Barselona” beş transfer üçün 84 milyon avrodan çox ödəyib

9 Sentyabr 2026 22:25
99
“Barselona” beş transfer üçün 84 milyon avrodan çox ödəyib

“Barselona” əvvəlki transfer pəncərələrində heyətinə qatdığı futbolçuların keçidləri üzrə 84,1 milyon avro (168 milyon manat) ödəniş edib.

İdman.Biz “Sport” nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar Dani Olmo üçün 34,4 milyon avro, Rafinya üçün 19 milyon, Jül Kunde üçün 12,3 milyon, Robert Levandovski üçün 11,1 milyon və Vitor Roke üçün 7,3 milyon avro ödəyiblər.

Bununla belə, “Barselona” digər klublar qarşısında bütün maliyyə öhdəliklərini hələ tam yerinə yetirməyib. İyunun 30-na olan məlumata görə, klubun borcu 167,4 milyon avro təşkil edib.

Bu məbləğin əhəmiyyətli hissəsi Entoni Qordonun transferi ilə bağlıdır. Kataloniyalılar 22 milyon avroluq ödənişin 2027-ci ilə qədər təxirə salınması barədə “Nyukasl”la razılığa gəliblər. İlkin olaraq klub bu vəsaiti iyunun sonunadək ödəməli idi.

Qeyd edək ki, maliyyə ili iyunun 30-da başa çatıb. Buna görə də iyulun 1-dən etibarən “Barselona” tərəfindən həyata keçirilən sövdələşmələr bu hesabata daxil edilməyib.

İdman.Biz