Vitinya Yamalın “Qızıl top” şanslarından danışdı: PSJ-ni üstün tutdu

19 Oktyabr 2026 18:32
122
Vitinya Yamalın “Qızıl top” şanslarından danışdı: PSJ-ni üstün tutdu

PSJ-nin futbolçusu Vitinya UEFA Çempionlar Liqasında “Barselona” ilə keçiriləcək oyun ərəfəsində Kataloniya klubunun hücumçusu Lamin Yamalın çıxışını və onun “Qızıl top” mükafatını qazanmaq şanslarını dəyərləndirib.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Yamalın dünyanın ən yaxşı oyunçularından biri olduğunu vurğulayıb.

“O, ən yaxşılardan biridir və hazırda etdikləri inanılmazdır. Lamin xüsusi futbolçudur, amma “Barselona” haqqında danışarkən yalnız onu ön plana çıxarmaq ədalətsizlik olardı. İlk növbədə, onların əla komandası var”, – deyə Vitinya bildirib.

Vitinya “Qızıl top” uğrunda mübarizəyə də toxunub:

“Məncə, bu mükafatı PSJ-nin futbolçusunun qazanması daha ədalətli olardı. Amma hazırda rəqabətin çox güclü olduğu və çoxlu yaxşı oyunçuların mübarizə apardığı da həqiqətdir. Düşünürəm ki, Keyn, Kilian Mbappe, Lamin Yamal və Olise bu mükafatı qazana bilərlər. Lakin mənim üçün ən ədalətli nəticə Paris klubunun futbolçusunun qalib gəlməsi olardı”.

Qeyd edək ki, PSJ – “Barselona” qarşılaşması oktyabrın 20-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.Biz