Fransada iğtişaşlar PSJ – “Barselona” matçını təhlükə altına saldı: rəsmi qərar açıqlandı

19 Oktyabr 2026 18:10
127
Fransada iğtişaşlar PSJ – “Barselona” matçını təhlükə altına saldı: rəsmi qərar açıqlandı

Fransada genişmiqyaslı etiraz aksiyaları və iğtişaşlar fonunda PSJ ilə “Barselona” arasında keçiriləcək UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunun oyunu təxirə salınmayacaq.

İdman.Biz xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Loran Nunes açıqlayıb.

Nazir oktyabrın 19-da ölkənin baş naziri Sebastyen Lekornü ilə birgə keçirdiyi mətbuat konfransında qarşılaşmanın planlaşdırıldığı vaxtda baş tutacağını təsdiqləyib.

Qərar ölkədə zorakılıq, vandalizm və talanlarla müşayiət olunan kütləvi etiraz aksiyaları səbəbindən hüquq-mühafizə orqanlarının gücləndirilmiş iş rejiminə keçməsi fonunda verilib.

Qeyd edək ki, PSJ – “Barselona” matçı oktyabrın 20-də Parisdəki “Park de Prens” stadionunda keçiriləcək.

İdman.Biz