“Bornmut”un futbolçusu Aleks Skottun transferi “Liverpul” və “Çelsi” üçün daha da bahalaşa bilər.
İdman.Biz “Football Insider”ə istinadən xəbər verir ki, İngiltərə klubu 23 yaşlı yarımmüdafiəçinin transfer qiymətini artırmaq niyyətindədir.
Buna futbolçunun uğurlu çıxışı və İngiltərə millisində debüt etməsi səbəb olub. “Bornmut” daha əvvəl Skottu 119 milyon avro (təxminən 227,2 milyon manat) dəyərləndirsə də, indi bu məbləğin daha da yüksələcəyi gözlənilir.
Qiymət artımına təsir edən digər amil “Liverpul” və “Çelsi”nin futbolçuya ciddi maraq göstərməsidir.
Skott cari mövsümdə bütün turnirlərdə altı oyunda meydana çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.
Onun “Bornmut”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 70 milyon avro qiymətləndirir.
