Niko Kovaç: “Valdas Dambrauskası çoxdan tanıyıram” - VİDEO

19 Oktyabr 2026 19:39
137
Niko Kovaç: “Valdas Dambrauskası çoxdan tanıyıram”

“Borussiya Dortmund”un baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda “Sabah”la keçiriləcək qarşılaşma öncəsi komandasının hazırlığını və şanslarını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, xorvatiyalı mütəxəssis oyunöncəsi mətbuat konfransında Azərbaycan klubunu yaxşı tanıdıqlarını və rəqib haqqında kifayət qədər məlumata sahib olduqlarını bildirib:

“Bu, mənim Bakıya ikinci gəlişimdir. Azərbaycan çox gözəl ölkədir. “Sabah”ı artıq təhlil etmişik. Rəqib komanda ilə bağlı lazımi məlumatlar bizdə var. Sabahkı görüşdə qələbə qazanmaq istəyirik”.

Kovaç heyətdə zədəli futbolçuların olmasına baxmayaraq, komandasının qarşılaşmaya ciddi hazırlaşdığını vurğulayıb:

“Bizi sabah çətin qarşılaşma gözləyir. Mübariz futbol sərgiləyəcəyik. Mütləq bu görüşdə qələbə qazanmalıyıq. Heyətdə zədəli futbolçular olsa da, matça ciddi hazırlaşmışıq”.

Baş məşqçi “Borussiya Dortmund”un favorit olduğunu açıq şəkildə ifadə edib:

“Sabah”a hörmətlə yanaşırıq. Amma düşünürəm ki, biz açıq-aşkar favorit sayılırıq. Mənim fikrim belədir. Əgər başqa cür danışsaydım, bu doğru olmazdı. Lakin futbolda bunun özü çox da böyük əhəmiyyət daşımır. Əminəm ki, sabahkı oyunda qələbə qazanmaq üçün kifayət qədər keyfiyyətə sahibik. Sabah meydanda hər şeyi görəcəyik və ümid edirəm ki, sonda qələbəni əldə edə biləcəyik”.

“Sabah” barədə fikirlərini bölüşən mütəxəssis rəqibə hörmətlə yanaşdıqlarını, lakin qarşılaşmanın favoriti olduqlarını vurğulayıb:

“Valdas Dambrauskası çoxdan tanıyıram. 2017-ci ildə yaradılmış komandaya qarşı oynayacağıq. Rəqibin gücünü anlayırıq. Özümüzə inanmalı və keyfiyyətimizi meydanda göstərməliyik. “Sabah”a böyük hörmətlə yanaşırıq, amma cütün favoriti olduğumuzu da anlayırıq. Buna görə sabah qələbə qazanmalıyıq. Motivasiyamız yüksəkdir”.

Baş məşqçi komandasının son oyunlarda qələbə qazana bilməməsinə də münasibət bildirib:

“Mən gələndə komanda turnir cədvəlində 11-ci yerdə idi. Bu vəziyyətləri müqayisə etmək olmaz. “Verder”lə oyunda üstünlük bizdə idi. Lazımi keyfiyyətlərə sahibik. İnanıram ki, qarşıdakı matçda qalib gələcəyik. Bununla yanaşı, bütün rəqiblərimizə hörmətlə yanaşırıq”.

Qeyd edək ki, “Sabah” – “Borussiya Dortmund” matçı oktyabrın 20-də saat 20:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

İdman.Biz