Akim Zedadka: “Çempionlar Liqasında asan oyun olmur” - VİDEO

19 Oktyabr 2026 20:23
119
Akim Zedadka: “Çempionlar Liqasında asan oyun olmur”

“Sabah”ın futbolçusu Akim Zedadka UEFA Çempionlar Liqasının liqa mərhələsində Dortmund “Borussiya”sına qarşı keçirəcəkləri oyundan əvvəl komandasının qarşıdakı görüşə münasibətini bölüşüb.

İdman.Biz xəbər verir ki, müdafiəçi matçöncəsi mətbuat konfransında hər qarşılaşmaya qələbə əzmi ilə çıxdıqlarını bildirib.

Zedadka doğma meydanda azarkeş dəstəyinin əhəmiyyətinə toxunmaqla yanaşı, rəqibin gücünü də nəzərə aldıqlarını vurğulayıb:

"Çətin oyun olacağını bilirik. Bütün matçlarda meydana qələbə qazanmaq üçün çıxırıq. Öz meydanımızda gözəl oyun göstərmək istəyirik. Ailələrimizin, azarkeşlərin qarşısında əlimizdən gələnin ən yaxşısını etməliyik. Amma bilirik ki, hansı komandaya qarşı oynayırıq. Bu, "Borussiya"dır. Ən gözəl oyunumuzu oynamaq və Çempionlar Liqasından həzz almaq istəyirik".

Qeyd edək ki, “Sabah” - “Borussiya” qarşılaşması oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 20:45-də başlayacaq.

İdman.Biz