“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda Dortmund “Borussiya”sı ilə keçirəcəyi qarşılaşmadan əvvəl son məşqinə çıxıb.
İdman.Biz xəbər verir ki, baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi altında keçirilən hazırlıq prosesi Bakı Olimpiya Stadionunda baş tutub.
Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Futbolçular isinmə hərəkətlərindən sonra müxtəlif tapşırıqları yerinə yetiriblər.
Qeyd edək ki, “Sabah” - “Borussiya” qarşılaşması oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:45-də başlayacaq.
Foto: İslam Atakişiyev
