Flik Arda Gülərin mübahisəli hərəkətinə görə “Real Madrid”i tənqid etməkdən yayındı

19 Oktyabr 2026 21:13
104
Flik Arda Gülərin mübahisəli hərəkətinə görə “Real Madrid”i tənqid etməkdən yayındı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın doqquzuncu turunda “Real Madrid” və “Sevilya” arasında keçirilən qarşılaşmada yaşanan mübahisəli epizodla bağlı sualı cavablandırıb.

İdman.Biz AS-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “Real Madrid”in türkiyəli futbolçusu Arda Gülərin hərəkətinə görə cəzalandırılmaması barədə danışmaq istəməyib.

“Bu, mənim işim deyil”, - deyə Flik bildirib.

Qeyd edək ki, “Real Madrid”in 4:1 hesabı ilə qalib gəldiyi matçın 25-ci dəqiqəsində Arda Gülər meydanın mərkəzində rəqib futbolçu Peke ilə mübarizə zamanı qolunu ona tərəf hərəkət etdirib. Epizodu nəzərdən keçirən VAR hakimləri qayda pozuntusu qeydə almayıblar.

Doqquz turdan sonra “Barselona” 27 xalla La Liqaya başçılıq edir. “Real Madrid” 21 xalla üçüncü, “Sevilya” isə 14 xalla altıncı pillədə qərarlaşıb.

İdman.Biz