Futbol dünyasının ən nüfuzlu fərdi mükafatlarından biri olan “Qızıl top”un 70-ci təqdimetmə mərasiminin aparıcıları müəyyənləşib.
İdman.Biz “L'Équipe”ə istinadən xəbər verir ki, bu vəzifə Fransanın əfsanəvi futbolçusu Tyerri Anri və britaniyalı teleaparıcı Keyt Skotta həvalə olunub.
“Arsenal”, “Barselona” və Fransa millisinin sabiq hücumçusu yeni rolundan məmnunluğunu ifadə edib:
“Bu il “Qızıl top” mərasiminin aparıcısı olmaq mənim üçün böyük şərəfdir. London özümü həmişə evimdəki kimi hiss etdiyim şəhərdir. Bu şəhərin futbol mədəniyyəti və yerli azarkeşlərlə dərin bağlarım var. Buna görə də səhnəni yaxın dostum və həmkarım Keytlə bölüşmək tamamilə təbiidir. Bu axşam həqiqətən möhtəşəm olacaq və dünya futbolunun ən yaxşılarını şərəfləndirəcək”.
Qeyd edək ki, “Qızıl top”un 70-ci təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
