Daniel Svensson “Sabah”la oyun öncəsi: “Borussiya”nın hədəfi üç xaldır - VİDEO

19 Oktyabr 2026 19:48
122
Daniel Svensson “Sabah”la oyun öncəsi: “Borussiya”nın hədəfi üç xaldır

“Borussiya Dortmund”un futbolçusu Daniel Svensson UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda “Sabah”la keçiriləcək qarşılaşma öncəsi komandasının hazırlıq səviyyəsindən danışıb.

İdman.Biz xəbər verir ki, isveçli müdafiəçi oyunöncəsi mətbuat konfransında Azərbaycan təmsilçisini ətraflı təhlil etdiklərini və Bakıda yalnız qələbəyə kökləndiklərini vurğulayıb:

“Baş məşqçimizin söylədiyi kimi, görüşə ciddi hazırlaşmışıq. Rəqib komandanı təhlil etmək imkanımız olub. “Sabah”la bağlı məlumatları əldə etmişik. Bizə üç xal lazımdır və meydana qələbə üçün çıxacağıq”.

Qeyd edək ki, “Sabah” – “Borussiya Dortmund” qarşılaşması oktyabrın 20-də saat 20:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.

@idman.biz “Borussiya Dortmund”un futbolçusu Daniel Svensson UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda “Sabah”la keçiriləcək qarşılaşma öncəsi komandasının hazırlıq səviyyəsindən danışıb. İdman.Biz xəbər verir ki, isveçli müdafiəçi oyunöncəsi mətbuat konfransında Azərbaycan təmsilçisini ətraflı təhlil etdiklərini və Bakıda yalnız qələbəyə kökləndiklərini vurğulayıb: #futbol⚽️ #borussiadortmund🖤💛 #uefachampionsleague #sabahfcfootball ♬ original sound Idman və Biz
İdman.Biz