UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda “Sabah”ın qonağı olacaq “Borussiya Dortmund” Bakıda son məşqinə çıxıb.
İdman.Biz xəbər verir ki, Almaniya klubunun hazırlıq prosesi qarşılaşmanın keçiriləcəyi Bakı Olimpiya Stadionunda baş tutub. Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Qeyd edək ki, “Sabah” – “Borussiya Dortmund” matçı oktyabrın 20-də saat 20:45-də başlayacaq. Görüşü ispaniyalı baş hakim Xavyer Alberola Roxas idarə edəcək.
Foto: İslam Atakişiyev
