“Barselona”da iki mühüm dönüş: Flikin heyəti güclənir

16 Oktyabr 2026 21:56
102
“Barselona”da iki mühüm dönüş: Flikin heyəti güclənir

“Barselona” İspaniya çempionatının doqquzuncu turunda “Betis”lə səfər oyunu ərəfəsində iki futbolçusunu yenidən sərəncamına qaytarıb.

İdman.Biz xəbər verir ki, Frenki de Yonq və Rafinya zədələrini sağaldaraq qarşıdakı görüş üçün komandanın heyətinə daxil ediliblər.

Niderlandlı futbolçu de Yonq tibbi müayinədən uğurla keçərək meydana çıxmaq üçün icazə alıb. Beləliklə, baş məşqçi Hans-Diter Flik onun xidmətindən yararlana biləcək.

Rafinya da zədəsini sağaldıb və “Betis”lə qarşılaşmaya yollanacaq futbolçuların siyahısına salınıb.

Qeyd edək ki, hər iki oyunçu oktyabrın 13-də Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda “Qalatasaray” üzərində 4:1 hesablı qələbə ilə başa çatan matçı buraxıb.

“Betis” - “Barselona” görüşü oktyabrın 17-də Sevilyadakı “La Kartuxa” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

İdman.Biz