Arda Gülər “Real Madrid”də qalmaq qərarı verdi: İngiltərə klublarının planları pozuldu

16 Oktyabr 2026 22:10
109
Arda Gülər “Real Madrid”də qalmaq qərarı verdi: İngiltərə klublarının planları pozuldu

“Real Madrid”in futbolçusu Arda Gülər İngiltərə Premyer Liqası klublarının marağına baxmayaraq, karyerasını İspaniya təmsilçisində davam etdirmək qərarına gəlib.

İdman.Biz İspaniya mediasına istinadən xəbər verir ki, 21 yaşlı türkiyəli oyunçu Madrid klubu ilə müqaviləsini 2031-ci ilə qədər uzatmaq barədə razılığa gəlib.

Daha əvvəl “Arsenal” və “Mançester Siti”nin Gülərin transferində maraqlı olduğu bildirilirdi. Joze Mourinyonun “Real Madrid”in baş məşqçisi təyin edilməsindən sonra futbolçunun komandadakı gələcəyi ilə bağlı müəyyən şübhələr yaranmışdı. Onun oyun üslubunun portuqaliyalı mütəxəssisin tələblərinə uyğun gəlib-gəlməyəcəyi müzakirə olunurdu.

Lakin Gülər Madrid klubunda qalmağa üstünlük verib. “Real Madrid” rəhbərliyi də gənc futbolçunu uzunmüddətli planlarının mühüm hissəsi hesab edir.

Türkiyəli oyunçu Çempionlar Liqasında “Roma” ilə keçirilən qarşılaşmada ehtiyatdan meydana daxil olaraq iki məhsuldar ötürmə verib və komandasının 1:3 hesabından geridönüş edərək 4:3 hesablı qələbə qazanmasında mühüm rol oynayıb.

Məlumata görə, Gülər klub prezidenti Florentino Peresin xüsusi rəğbət bəslədiyi futbolçulardan biridir. Rəhbərliyin dəstəyi onun “Real Madrid”də qalmaq qərarını daha da möhkəmləndirib.

İdman.Biz