Lixtenşteyn millisinin baş məşqçisi: “Peşəkar futbolçumuz azdır, əksəriyyəti digər sahələrdə çalışırlar” - VİDEO

1 Oktyabr 2026 22:27
80
Lixtenşteyn millisinin baş məşqçisi: “Peşəkar futbolçumuz azdır, əksəriyyəti digər sahələrdə çalışırlar”

“İlk dəfədir Azərbaycandayam. Bizə gözəl şərait yaradılıb, buna görə AFFA-ya təşəkkür edirəm".

İdman.Biz xəbər verir ki, bu sözləri Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fyunfştyuk UEFA Millətlər Liqasında Azərbaycanla oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"40 min əhalisi olan ölkə olaraq oyunun favoriti biz ola bilməzdik. Azərbaycan millisinin 20 milyon dəyəri var. Bəli, sevincli halda ölkəmizə qayıdırıq. Təbii ki, özümüzü inkişaf etdirəcəyik. Son 3 oyunumuzdan razıyam”, - deyə Konrad Fyunfştyuk bildirib.

Baş məşqçi müdafiədə yaxşı çıxış etdiklərini sözlərinə əlavə edib:

"Qazandığımız hər xala sevinirik. Bizim də şanslarımız oldu. Özümüzü inkişaf etdirməli və daha yaxşı oynamalıyıq. Son üç oyunumuzdan razıyam. Qarşıdakı matçlara köklənəcəyik və əlimizdən gələni edəcəyik. Biz peşəkar komanda deyilik. Bizim komandamızın planı var. Peşəkar futbolçumuz azdır. Əksəriyyəti digər sahələrdə çalışırlar".

İdman.Biz